• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər - FOTO

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər - FOTO
27.02.2019 08:59
Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.

Report xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Parisin "San-Eustache" kilsəsində Xocalı soyqırımı ilə bağlı keçirməyi planlaşdırdığı tədbirin başlamasına 10 dəqiqə qalmış bir qrup erməni kilsəyə basqın edib.

Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.

Əraziyə çağırılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.

Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib. 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol