• $
  • €
  • ₽
  • ₺
  • £

Love is... - Uşaqlığımızın ən maraqlı saqqızının kədərli tarixçəsi

Love is... - Uşaqlığımızın ən maraqlı saqqızının kədərli tarixçəsi
26.03.2019 09:32
Uşaqlığımızın ən sevimli saqqızları "Love is...” . Yəqin ki, xatırlamayan yoxdur. Hələ içərisindən çıxan maraqlı komiksləri də toplayırdıq. Amma saf uşaq qəlbimizlə hardan biləydik ki, əslində sevə-sevə oxuduğumuz bu vərəq parçaları böyük məhəbbət romanıdır.

Publika.az xəbər verir ki, "Love is” çox qəmgin sevgi hekayəsinin sarı yarpaqlarıdır.

Rəsm və mətnlərin müəllifi Yeni Zellandiyalı rəssam qadın bu adla mərhum ərini yad edirdi. Əslində isə hadisələr belə başlamışdı.
Kim Qrouv adlı rəssam 19 yaşında ikən dünya səyahətinə çıxır. 6 ildən sonra isə Kaliforniyada kök salır. Burada Roberto Kasali adlı italyanla tanış olur. Aşiqlər evlənirlər. Məhz Roberto onu həmin personajları yaratmağa ruhlandırır. Kim salfetlərin üzərində birgə həyatlarının ən maraqlı məqamlarını təsvir edir. Üzərində isə Sevgi budur deyib mətnlər yazırdı.”Mən duyğularımı bu yolla üzə çıxarırdım. Bir növ gündəliyə bənzəyirdi. Öncə bir damla çəkdim, o dönüb qız oldu. Qız mən idim. Fantastik duyğuları isə mənim hiss etdiklərim idi. Daha sonra bu duyğuların ünvanı olan ikinci damlanı, yəni oğlanı təsvir etdim. Seçimim olsaydı, romantik mahnılar bəstələyərdim. Eşq bəstələri qəlbimə toxunur, Təəssüf k, bacarığım yoxdur, ancaq komikslərlə duyğularımı izhar edirəm".
Təəssüf ki, Kimlə Robertonun məhəbbət hekayəsi uzun çəkmir. Oğulları dünyaya gələndən dörd il sonra Robertoda xərçəng aşkarlanır. Həkimlər heç cür kömək edə bilmirlər. Kim ərinin son günlərini onunla birgə keçirmək üçün komikslərin taleyini həmkarına həvalə edir. Beləcə rəngli "Love is” rəsmləri işıq üzü görür.
 

1975-ci ildə Robertonu əməliyyat edirlər. Ailə özünü daha pis xəbərlərə hazırlayırdı. Bir gün Kim sevimli ərinə deyir ki, onun üçün ən böyük hədiyyə daha bir övlad olardı. 1976-cı ildə cütlük Robertonun spermasını dondurmağa qərar verirlər. Bu yolla Kim hətta əri dünyadan köçəndən sonra da hamilə qala bilərdi. Roberto öləndən bir müddət sonra Kim süni yolla ərindən hamilə qalıb övlad dünyaya gətirir. Pərəstişkarları onun qərarını sevgi ilə qarşılasalar da, din xadimləri rəssamı tənqid edirlər.

Sevimli ərimdən daha bir ədiyyə almışam. Bundan gözəl heç nə yoxdur deyən rəssam və onun acılı-şirinli eşq əfsanəsi bəlkə də uşaqlıqda başımıza gələn ən maraqlı xatirədir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol