• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyə qarşısında DURUŞ GƏTİRƏ BİLMƏDİ: Ankaranın planı reallaşır

ABŞ Türkiyə qarşısında DURUŞ GƏTİRƏ BİLMƏDİ: Ankaranın planı reallaşır
15.04.2019 23:10
Suriyada Türkiyə ilə üzərində tam anlaşamadığımız bir təhlükəsiz bölgənin yaradılması ilə bağlı çalışırıq. Türkiyənin təhlükəsizliklə bağlı çox əhəmiyyətli narahatlıqları var. ABŞ Türkiyənin İŞİD-ə qarşı birlikdə savaşdığımız insanlarla (YPG/PKK –red.) əlaqədar narahatlıqlarını də anlayır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə-ABŞ İş Şurası və Amerika-Türk Şurası tərəfindən təşkil edilən 37-ci Ortaq İllik Konfransında çıxışı zamanı bildirib.
Türkiyə və ABŞ-ın keçmişdə və indi çox əhəmiyyətli geostrateji ortaqlığının olduğunu deyən Cefri Suriya böhranının kompleks xarakter daşıdığını, ABŞ-ın Suriyadakı missiyasına başa çatdırılması üçün Türkiyənin əhəmiyyətli rol oynadığını deyib.
"Türkiyə İran və Rusiya ilə birgə Astana qrupunun üzvü və Suriya əhalisinin təxminən yarısını təşkil Suriya müxalifətinin səsidir. Bu vəziyyət Birləşmiş Millətlər Təşkilatının Suriyadakı siyasi proseslərlə əlaqədar hədəfləri baxımından çox əhəmiyyətlidir”, - o söyləyib.

Cefri qeyd edib ki, ABŞ Türkiyə ilə YPG-nin olmayacağı bir təhlükəsiz bölgə mövzusunda çalışır.
"Bəşər Əsəd rejimi kimyəvi və nüvə silahlarından vaz keçməli, Suriya, terrorçular üçün bir sığınacaq olmamalı və buradaki iranlılar evlərinə geri dönməlidir”, - amerikalı rəsmi vurğulayıb.
Qeyd edək ki, Ankara Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgədə YPG terror təşkilatının döyüşçülərinin olması ilə heç bir halda razılaşmayacağını dəfələrlə ifadə edib. ABŞ Türkiyədən fərqli olaraq YPG-ni Suriyada əsas müttəfiqi hesab edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox