• $
  • €
  • ₽
  • ₺
  • £

Öz generalı ilə evlənən kral, baş həkimi qaçıran deputat – Səlahiyyət sahiblərinin macəraları

Öz generalı ilə evlənən kral, baş həkimi qaçıran deputat – Səlahiyyət sahiblərinin macəraları
02.05.2019 10:26
Tayland kralı Maha Vajiralongkorn (Onuncu Rama) öz mühafizəsinin rəisi olan qadın generalla evlənib. Yerli Banqkok Post qəzetinin mayın 1-də yaydığı xəbərə görə, general Suthida Vajiralongkorn artıq "keçmiş mühafizə başçısıdır”, çünki bundan sonra titulu təbii olaraq kraliça olacaq.

Əvvəllər bütün kral ailəsinin təhlükəsizliyinə cavabdeh olan general, kraliça titulu ilə bərabər monarxa aid bütün səlahiyyətlərə sahiblənib. Reuters agentliyi isə xəbər verir ki, X Rama titulunu daşıyan Vajiralongkorn indiyədək yalnız konstitusiya əsasında monarx idi. O taxta atası Bhumibol Adulyadej 70 illik hökmranlıqdan sonra 2016-cı ildə vəfat edəndən çıxmışdı.

Onun rəsmi tacqoyma mərasimi isə buddist və Brahma mərasimləri ilə mayın 4-də keçiriləcək. Beləliklə kral bu mühüm mərasimdən əvvəl həm də şəxsi həyatının önəmli addımı haqda bəyanat verib. Hərçənd bu onun sayca 4-cü nikahı olacaq. Kral bundan əvvəl üç dəfə boşanıb və həmin nikahlardan 7 övladı var.

Stüardessalıqdan kraliçalığa uçuş

Başqa bir mənbə bildirir ki, yeni kraliçanın 40 yaşı var. O bir vaxtlar Thai Airways milli hava şirkətinin stüradessalarından biri olub. 2014-cü ildə onu Maha Vajiralongkorn ailəsinin komandiri təyin ediblər. 2016-cı ildə ona general rütbəsi verilib.

Kral Maha Vajiralongkornun 66 yaşı var. Onun özü də əvvəlki kralın böyük oğlu kimi taxt-taca 2016-cı ildə sahiblənib. Beləliklə kralın və yeni kraliçanın karyeralarındakı paralellər təsadüfiyə oxşamır.

Putin partiyasının deputatı qız qaçırıb

Dünyanın başqa yerlərində də hakimiyyət və səlahiyyət sahibləri şəxsi problemlərini ən müxtəlif formalarda həll edirlər. Interfax mayın 1-də xəbər verir ki, İnquşetiyada yerli Xalq Məclisinin deputatı "evlənmək məqsədilə” respublikanın başqa bir sakinini "Qafqaz qaydası ilə” oğurlayıb.

Xəbərlərdə deputatın adı açıqlanmır, sadəcə olaraq onun Vladimir Putinin Vahid Rusiya partiyasının fraksiyasından olduğu bildirilir. Bu hadisə İnquşetiya Respublikasının Malqobek rayonunda baş verib. Oğurlanan qadın bir az əvvəl həmin rayonda mərkəzi xəstəxananın baş həkimi idi.

Bu hadisə ona görə bu qədər rezonans doğurub ki, respublika parlamentinin deputatları artıq çoxdan bəridir "köhnə və ziyanlı” Qafqaz adət-ənənələrinin kökünün kəsilməsinə çağırışlar edirlər. Onlar bildirirlər ki, qadının hətta evlənmək məqsədilə qaçırılması İslam qanunlarına ziddir. Köhnə adət-ənənələrdən əl çəkə bilməyənlər üçün cərimələr nəzərdə tutulub.

3 min dollar cərimə

İndi həmin bu deputat mərkəzi məscidin nəfinə 200 min rubl (3086 dollar), bu işdə təzəbəyə kömək etmiş yoldaşları isə hər biri 100 min rubl olaraq cərimə ödəməlidirlər. Məscid bu pulları imkansızlara xərcləyir.

Cəriməni ödəməyənlər aid olduqları tayfadan xaric edilirlər. 2017-ci ilin aprelində İnquşetiya parlamenti Rusiya Dövlət Dumasına qanunvericilik layihəsi təklif edib. Həmin layihədə insanın onunla nikaha girmək məqsədilə oğurlanmasına görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qafqaz adətlərinə yaxşı bələd olan İnquşetiya başçısı Yunus-Bek Yevkurov bu deputat təşəbbüsünü dəstəkləməyib. O deyib ki, federal qanunlarda adam oğurluğu üçün nəzərdə tutulan cəzalar var və bu qanunlar evlənmək məqsədilə oğurlanmış şəxslərə də şamil edilir.
 
turkustan.info

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol