• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın ən gənc birinci xanımı - FOTOLAR

Ukraynanın ən gənc birinci xanımı - FOTOLAR
21.05.2019 19:35
Ötən gün Ukraynanın yeni prezidenti Vladimir Zelenski and içərək vəzifəsinin icrasına başlayıb. 41 yaşlı prezidentin andiçmə mərasimində xanımı ilə çəkilən fotoları sosial şəbəkələrdə geniş yayılıb və maraqlı müzakirələrə səbəb olub.

Hazırda demək olar ki, Vladimirlə yanaşı onun xanımı da Ukrayna KİV-lərinin gündəmindədir. Cütlüklə bağlı istənilən məlumat oxucuların diqqətini çəkir.

Metbuat.az xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya 1978-ci ilin fevralın 16-da dünaya gəlib. O, Zelenski ilə eyni məktəbdə, lakin paralel sinifdə oxuyub. Həmin müddətdə onlar tanış olmayıblar.


Zelenski cütlüyünün tanışlığı tələbəlik illərinə təsadüf edib. O zaman Vladimr Krivorojskidə yerləşən Milli İqtisadiyyat İnstitutunun hüquq fakültəsinin, Yelena isə Texniki Universitetin inşaat fakültəsinin 1-ci kursunda təhsil alıb. Vladimirlə Yelenanın sevgi münasibətləri 8 il davam edib, onlar evlənmək qərarına gəliblər. 

İlk övladları olan Aleksandra 2008-ci ildə, Kiril isə 2013-də dünyaya gəlib. Hazırda Vladimir və Yelenanın hər ikisinin 41 yaşı var. Yelena Ukraynanın ən gənc birinci xanımıdır. O, ötən il rəsmən 5 milyon 500 min qrivna gəlir əldə edib. Həyat yoldaşı - prezident Zelenski isə 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb. 

Rəsmi bəyannaməyə əsasən, Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə sahibdir. Prezidentin "PrivatBank"dakı hesabında 400 min dollar, "OTP Bank"da isə 1 milyon qrivnası var.















www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol