Oğlanlar da məktəbə yubkada gedə biləcək

Meksikanın paytaxtı Mexikoda oğlanlara məktəbə yubkada getməyə icazə veriblər.
Anews.az "Qafqazinfo”ya istinadan xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara yubka, qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını "neytral” ediblər.
"Biz Mexikonun Təhsil naziri Esteban Moktesuma Barraqanla şəhərdə neytral məktəbli formasının tətbiqi haqda elan edirik. Artıq yubka qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar”, - Mexikonun şəhər meri Klaudiya Şeynbaum Tvitterdəki mikrobloqunda yazıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























