• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəmməd Peyğəmbərin məqbərəsi dağıdıla bilər - FOTOLAR

Məhəmməd Peyğəmbərin məqbərəsi dağıdıla bilər - FOTOLAR
02.09.2014 14:10
Britaniya mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanı Məhəmməd Peyğəmbərin məzarı olan məscidi sökməzdən əvvəl cəsədin qalıqlarını qəbiristanlıqdakı adsız məzarda dəfn etməyi planlaşdırır. ANN.Az Publika.az-a istinadən xəbər verir ki, aparıcı Səudiyyə üləmasının hökumətə təqdim etdiyi layihədə Məhəmməd Peyğəmbərin sümüklərinin Mədinədəki əl-Nəbavi məsçidindən çıxarılaraq yaxınlıqdakı əl-Baqi qəbiristanlığında adsız məzara köçürülməsi təklif olunur. Milyonlarla insanın ziyarət etdiyi bu məscid Kəbədən sonra İslamın ən müqəddəs yeri sayılır. Bu barədə xəbərlərin mediaya sızmasına səbəb isə başqa bir Səudiyyə üləmasının bu təklifə qarşı çıxması olub. İxtilaf doğuracaq təklif Hökumət krala təqdim olunmuş 61 səhifəlik təklifə hələlik münasibət bildirməyib. Bir çox İslam alimləri həm sünnilər, həm də şiələr üçün müqəddəs olan bu məqbərənin dağıdılmasının ixtilaf yaradacağını söyləyiblər. İslamın vəhhabi təriqətinə sadiq olan Səudiyyə ruhani liderləri bütpərəstliyə bənzər sitayiş obyekti olan nə varsa, hamısının ləğv edilməsinə çalışırlar. Əl-Nəbavi – Peyğəmbərin evi və məzarı Londonda mənzillənmiş İslami İrs Araşdırma Fondunun direktoru doktor İrfan Ələvi “The İndependent” qəzetinə bildirib ki, sökülməsi təklif edilən məsçid Peyğəmbərin və ailəsinin yaşadığı ev olub və hazırda dünya müsəlmanları tərəfindən müqəddəs ocaq kimi ziyarət edilir. Əl-Nəbavi məscidi üzərindəki məqbərə tarix boyunca müxtəlif hökmdarlar tərəfindən abadlaşdırılıb və genişləndirilib. Məsçidin abadlığına, xüsusən də Osmanlı imperatorları böyük töhfə veriblər. Bu məsçidin divarlarında naxışlı hüsn-xətlə Məhəmməd Peyğəmbərin və ailəsinin həyatından epizodları əks etdirən yazılar var. Müqəddəs məscidlərin yerində lüks otellər Doktor Ələvi bildirir ki, təkliflərdə bütün bunların, habelə Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub.Britaniya qəzetləri arasında Yaxın Şərq və İslam məsələlərinə daha geniş diqqət verən “The İndependent”  yazır ki, Məkkə şəhərinin özündə də son illər dəbdəbəli otellərin və istirahət qurğularının tikintisi üçün minillik tarixə malik müsəlman abidələri dağıdılıb.Qəzet Məkkənin tarixi binalarının 95 faizinin artıq söküldüyünü xəbər verib. Bura Fatimənin də evi olub Doktor Ələvi bildirib ki, Mədinədəki əl-Nəbavi məscidinin sökülməsi barədə təklifi ölkənin aparıcı üləması Əli bin Əbdüləziz əl-Şabal verib. Özü şiə olan İrfan Ələvi “The İndependent” qəzetinə deyib ki, bu məscid şiələr üçün olduqca müqəddəs yer sayılır, çünki Məhəmməd Peyğəmbərin kiçik qızı, imam Hüseynin anası Fatimə də burada yaşayıb. Məhəmməd Peyğəmbərin qalıqlarının köçürüləcəyi Cənnət əl-Baqi qəbiristanlığında Peyğəmbərin atası da daxil olmaqla bir çox qohumları dəfn edilib. Yeri gəlmişkən, Peyğəmbərin atasının qəbri buradan 1970-ci illərdə çıxarılıb. 1924-cü ildə məzarlıqdakı bütün nişanələr dağıdılıb ki, bütpərəstlik adətlərinə rəvac verməsin.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol