• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan başını itirib - VİDEO

Sarkisyan başını itirib - VİDEO
15.08.2014 21:00
O, növbəti çıxışı zamanı ölkədə yaşayan yoxsul əhalini borclu çıxardıbErmənistan prezidenti Serj Sarkisyan növbəti çıxışı zamanı ölkədə yaşayan yoxsul əhalini borclu çıxardıb.ANS TV-nin məlumatına görə, ağlasığmaz çıxış yolu göstərən prezident “Suda boğulanlar gərək özləri-özlərini sudan çıxarsın” sözlərini deyərək ermənilərin qəzəbinə səbəb olub. Erməni qəzetlərinin yazdığına görə, Serj Sarkisyan bu sözləri əhalinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 35 %-nə ünvanlayıb. Amma prezident çıxış yolunun necə tapılacağını deməyib. Sarkisyan məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis işləyirlər.Serj Sarkisyan altıncı ildir ki, vəzifədədir və onun reytinqi bu gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə cinayətkar oliqarxiya sistemi güclənir. “Kriminal” adlı yoluxucu xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox sirayət edir. Bununla yanaşı, qəzetlər həyəcanla ərzaq məhsullarının nəzərə çarpacaq dərəcədə bahalaşmasından danışır. Ermənistanda vəziyyət getdikcə gərginləşir və belə görünür ki, hamını işləməyə çağıran Serj Sarkisyana yaxın zamanlarda başqa iş tapacaqlar və o zaman o, heç nəyə görə məsuliyyət daşımayacaq.Vəziyyətin gərginləşdiyi bir vaxtda “Milli müqəddartını təyinetmə” Birliyinin lideri Paryur Ayrikyan və onun tərəfdarları prezident Serj Sarkisyanı istefa verməyə tələb ediblər.Sarkisyan qarşımıza şəxsən çıxmasa, ona məktub göndərəcəklər. O, məzuniyyətdən qayıtdıqdan sonra aclıq aksiyası keçirəcəyik.Ayrikyanın mövqeyilə ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti də razılaşır. Ümumi qənaət ondan ibarətdir ki, ancaq Sarkisyanın istefası həm onu, həm də xalqı mövcud bəlalardan qurtara bilər.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol