• $
  • €
  • ₽
  • ₺
  • £

Çinli tibb bacısının videosu dünyanı ayağa qaldırdı: “Bizə kömək edin…” – VİDEO

Çinli tibb bacısının videosu dünyanı ayağa qaldırdı: “Bizə kömək edin…” – VİDEO
29.05.2020 06:12
Çində xəstəxanalardan birində fəaliyyət göstərən tibb bacısının sosial mediada paylaşdığı video dünya mətbuatında qalmaqal yaradıb.

Anews.az xəbər verir ki, Çin hökuməti yayılan koronavirusa 3 minə yaxın insanının yoluxması ilə bağlı məlumat yayıb. Lakin sözügedən tibb bacısı bunu yalanlayıb. O iddia edir ki, hökumət bir çox həqiqiətləri gizlədir və Çində bu virusa 90 min insan yoluxub.
"Hazırda Uxanın tərkibində olan Hubey əyaləti də daxil olmaqla bütün Çində koronavirusa yoluxanların sayı 90 minə çatıb. Hökumətin nə dediyi vecimizə də deyil. Mən sizə gerçəkləri demək üçün buradayam. Xahiş edirəm, Uxana maska, eynək və geyimlər bağışlayın” – deyə tibb bacısı video vasitəsilə kömək istəyib.
Xatırladaq ki, rəsmi məlumatlara görə, dünyanı vahiməyə salan epidemiyadan ölənlərin sayı 80-nə yüksəlib. Virusa yoluxanların sayı isə 2000-ni keçib. Epidemiya səbəbindən Çində bazar, supermarket, restoran və onlayn alış-veriş saytlarında vəhşi heyvanların satışına qadağa qoyulub.
Çin Beynəlxalq Səhiyyə Komissiyasının sədri Ma Saove, xəstəliyə səbəb olan mikrobun vəhşi heyvanlardan (əsasən ilanlardan keçdiyi ehtimal edilir) gəldiyini söyləyərək, daha da sürətlənəcəyinin xəbərini verib.(MediaPost)
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol