• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"

ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"
03.06.2020 14:59
"İkinci dalğa heç də labüd deyil. Amma getdikcə daha çox ölkələrdə məhdudiyyətlər ləğv edildiyinə görə, COVID-19 infeksiyasının yenidən güclənməsi təhlükəsi aşkardır. Müvafiq tədbirlər görülməsə, yeni dalğa çox dağıdıcı gələ bilər”.

"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

"Hazırda işlərin ilin əvvəlindən yaxşı olmadığını unutmamalıyıq. Əlimizdə əvvəlki kimi COVID-19-dan nə peyvənd dərmanı, nə də müalicə üsulu var”, - o deyib.
Onun fikrincə, bu virus bizimlə hələ uzun müddət, ən azı təhlükəsiz peyvənd dərmanı və ya müalicə üsulu tapılanadək qalacaq”.

Peyvənd dərmanının tapılmasına dair konkret tarix verə bilmədiyini söyləyən regional büro rəhbəri hazırda buna tezliklə nail olmaq üçün böyük səylər göstərildiyini, tədqiqatlara dünyada ən qabaqcıl elmi qüvvələrin cəlb olunduğunu söyləyib:

"Peyvənd hazırlanadək biz xəstələri müalicə etməyin üsulları üzərində çalışırıq. Bütün ölkələrin yerli epidemiologiya şəraitini tam nəzərə alaraq mütəmadi surətdə izləməyə, görülən tədbirlərə daim düzəlişlər verməyə çağırıram. ÜST həmişəki kimi, ölkələrə lazımi dəstək verməyə hazırdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol