• $
  • €
  • ₽
  • ₺
  • £

Eduard Şevardnadze dəfn olunub - FOTOLAR

Eduard Şevardnadze dəfn olunub - FOTOLAR
14.07.2014 10:42
Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze iyulun 13-də torpağa tapşırılıb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Şevardnadze ilə vidalaşma mərasimi Tiflisdəki Müqəddəs Üçlük Məbədində təşkil olunub.Mərasimə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri David Usupaşvili, müdafiə naziri İrakli Alasaniya, ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker, Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyik etdiyi nümayəndə heyəti, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən partiyaların rəhbərləri, beynəlxalq təşkilatlar və ümumilikdə 30-dək dövlətdən gələn nümayəndə heyəti qatılaraq, E. Şevardnadzenin ailəsinə, yaxınlarına başsağlığı veriblər.Tədbirdə çıxış edən G. Marqvelaşvili, İ. Qaribaşvili, C. Beyker E. Şevardnadze haqqında fikirlərini bildiriblər. Mərasimdə çıxış edən mərhumun oğlu Paata Şevardnadze və nəvəsi Sofo Şevardnadze vida mərasiminə gələn qonaqlara təşəkkür ediblər.Sonra E. Şevardnadze Krtsanisi iqamətgahında həyat yoldaşı Nanuli Şevardnadzenin yanında torpağa tapşırılıb.Sabiq prezident iyulun 7-də 87 yaşında vəfat edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol