• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı necə girov düşdüyündən danışdı - VİDEO

Azərbaycanlı necə girov düşdüyündən danışdı - VİDEO
11.07.2014 11:58
Rusiyapərəst qüvvələrlə mövqe döyüşlərinin getdiyi Ukraynanın şərqində azərbaycanlıların həyatı təhlükədədir. Onların bəzisindən iki aya yaxındır ki, xəbər yox idi.ANN.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Ukraynanın Luqansk şəhərində Rusiyapərsət qüvvələrin girov götürdüyü həmyerlimiz 2 min dollar müqabilində azad olunduqdan sonra başına gələnləri ANS-ə danışıb. Təhlükəsizlik baxımından tanınmasını istəməyən müsahibimiz, girovluqda olduğu vaxt işgəncələrə məruz qaldığını dedi:“Biz şəhərdə gəzişirdik. Bu vaxt əlisilahlı hərbi formada 5-6 nəfər bizə yaxınlaşaraq tutub qaldıqları yerə apardılar. Bundan sonra onlar bizə suallar verməyə başladılar. Luqanskda yaşayırsınız, nə üçün bizlərə qoşulub vuruşmursunuz? Biraz onlarla sözümüz çəp gəldi. Bizi vurmağa başladılar. Vurduqdan sonra bizi qaldıqları yerin zirzəmisinə saldılar. Zirzəmidə bizdən başqa çoxlu sayda adamlar var idi. Onlar bu insanlarla vəhşicəsinə rəftar edirdilər. Onları gah döyür, gah əllərini, gah da qolların kəsirdilər”.Luqansk şəhərində Azərbaycan cəmiyyətinin sədri Rasim Uğurluyev isə oğlunun guya Ukrayna ordusuna kömək etməkdə ittiham edilərək girov götürüldüyünü deyir. 5 min dollar müqabilində oğlunu girovluqdan azad etdiyini deyən Rasim Uğurluyev Ukraynanın şərqində azərbaycanlılara qarşi ciddi təhlükə yarandığını və silahlıların digər azərbaycanlıları da girov götürdüyünü deyir.Rasim Uğurluyev azərbaycanlılara aid avtomobillərin əllərindən alındığı, evlərinə girilərək pul alındığını deyir. O, Ukraynanın şərqindəki digər şəhərlərdə də azərbaycanlılara qarşı belə halların baş verdiyini deyir.Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparılır. Girov götürülən azərbaycanlıların yaşadıqları Dmitri kəndi hazırda əməliyyatların getdiyi yerdir. Orada Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilə Rusiyapərəst qüvvələr arasında döyüşlər gedir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol