• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarının nəzərinə

Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarının nəzərinə
23.07.2020 16:03
Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edib.

Anews.az həmin müraciəti təqdim edir: 

"Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yaranıb.

Xüsusilə, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq, Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub.

Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycanda qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.

COVİD 19 virusuna qarşı mübarizə prosesində, Azərbaycan və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaqları mərhələli şəkildə, yalnız əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək, onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaqları prosesini davam etdirmək üçün, əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklərinə çağırırıq.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küç. 13/15
Əlaqə telefonları: 050 250-07-10 (Qaynar xətt) 012 497-45-60”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol