• $
  • €
  • ₽
  • ₺
  • £

Belarusun bir neçə tanınmış teleaparıcıları istefa verdi

Belarusun bir neçə tanınmış teleaparıcıları istefa verdi
13.08.2020 09:39
Avqustun 11-dən başlayaraq Belarusda dövlət KİV-dən 8 əməkdaş istefa verib.

Anews.az  xarici KIV-ə istinadən xəbər verir ki, işini tərk edən əməkdaşlar arasında dövlətə məxsus "Belarus-1” və STV kanalları, həmçinin Birinci radionun da jurnalistləri var.

Onların sırasında "Belarus-1” kanalının məşhur teleaparıcı Yevgeni Perlin də var.

"Mənim Belarusuma nə oldu? Mən televiziyada 2009-cu ildən canlı yayımlarda işləyirəm. Qərar verdim ki, mənim "Belarus-1”dəki bugünkü efirim sonuncudur. Qərarıma heç kəs təsir etməyib, özüm qəbul etmişəm”, - aparıcı "Facebook”da açıqlayıb.

"Tut.by”ın açıqladığı 8 nəfərdən başqa, dövlət telekanalında hərbi "Arsenal” verilişini aparan "Vladimir Burko da istefa verib:

"Verilişdə anlatdığım əsgər və texnikaların öz xalqımıza qarşı tətbiq ediləcəyi heç qorxulu yuxuma da girməzdi”.

Xatırladılır ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol