Yaponiyada zəlzələ baş verib- Xəsarət alanlar var

Avqustun 4-də Yaponiyanın mərkəzi hissəsində baş vermiş 5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.
Anews.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Fukui prefekturasının Yapon dənizi sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Kyodo agentliyini yaydığı məlumata görə, zəlzələnin əmələ gətirdiyi titrəyişlər nəticəsində yıxılan iki yaşlı körpə və 80 yaşlı qadın müxtəlif dərəcəli xəsarət alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























