Gürcüstandan daha 200 azərbaycanlı təxliyə edildi

Gürcüstandan Azərbaycana daha 200 nəfərin təxliyəsi baş tutub.
Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunub. Həmin şəxslər səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























