• $
  • €
  • ₽
  • ₺
  • £

İsveç koronavirusa təslim oldu: Karantinə hazırlaşır

İsveç koronavirusa təslim oldu: Karantinə hazırlaşır
23.09.2020 21:00
İsveç hakimiyyəti tənqidlərə məruz qaldıqdan sonra fikirlərini dəyişib və yaxın gələcəkdə karantin tətbiq etməyə hazırlaşır.

Bu barədə "Bloomberg” xəbər yayıb.

Bildirilir ki, yoluxmuş insanların sayının artması halında belə bir addım atılacaq.
Ölkənin baş epidemioloqu Adres Tegnellin sözlərinə görə, son həftələrdə xüsusən paytaxt Stokholmda bütün yaş qruplarında xəstəlik sayında artım qeydə alınıb.

Tegnell hazırda mümkün tədbirlərin sərtləşdirilməsi və tam karantin tətbiq olunmasının hökumət tərəfindən müzakirə edildiyini, son qərarın hələ verilmədiyini vurğulayıb.

O, hansı məhdudiyyətlərin tətbiq olunacağını açıqlamayıb.

Stokholm səhiyyə şöbəsinin müdiri Byorn Erikson da eyni mövqedən çıxış edərək vətəndaşları həkimlərin tövsiyələrini yerinə yetirməyə və sosial məsafəni qorumağa çağırıb.

İsveç koronavirus pandemiyası ilə əlaqədar sərt tədbirlər görməkdən imtina edən yeganə Avropa ölkəsidir. Hökumət bunun milli iqtisadiyyat üçün ciddi zərbələrin qarşısını alacağını müdafiə edirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol