• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal mobil tətbiqetmələr sektorunun gəlirləri 32% artıb

Qlobal mobil tətbiqetmələr sektorunun gəlirləri 32% artıb
05.10.2020 22:30
Bu ilin III rübündə qlobal miqyasda mobil tətbiqetmələr sektorunda istehlakçı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 29,3 mlrd ABŞ dollara çatıb.

"Report” "Sensor Tower”a istinadən xəbər verir ki, eyni dövrdə "App Store” və "Google Play” vasitəsi ilə yükləmələr isə illik müqayisədə 23,3% artaraq 36,5 milyard ABŞ dollarına yüksəlib.

Məlumata görə, bu ilin III rübündə satınalmalar, abunəliklər və premium tətbiqlərə istehlakçı xərcləri "Apple” şirkətinin "App Store” platforması vasitəsi ilə 19 mlrd ABŞ dolları (31% çox), "Google Play” platformasında isə 10,3 mlrd ABŞ dolları (33,8% çox) təşkil edib.

Hesabat dövründə qeyri-oyun kateqoriyasında ən çox gəlir əldə edən mobil tətbiqlər Çinin "TikTok” (illik müqayisədə 800% çox), ABŞ-ın "YouTube” (59%) və "Tinder” (5% çox) platformaları olub.

Bu ilin III rübdə mobil oyun bazarının gəlirləri illik müqayisədə 26,7% artaraq 20,9 milyard ABŞ dollara yüksəlib ki, bu gəlirlərin yarıdan çoxu "App Store” vasitəsi ilə əldə edilib.

Eyni dövrdə oyun kateqoriyasında ən çox gəlir əldə edən mobil tətbiqlər Çinin "Honor of Kings” (illik 65% çox) və "PUBG Mobile” (28% çox), eləcə də Yaponiyanın "Pokémon”(29% çox) oyunları olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol