• $
  • €
  • ₽
  • ₺
  • £

Kaliforniyada 2015-ci ildəki terror hücumuna görə 1 nəfər həbs olunub

Kaliforniyada 2015-ci ildəki terror hücumuna görə 1 nəfər həbs olunub
24.10.2020 18:00
Kaliforniya sakini Enrike Markes 2015-ci ildə ştatın San-Bernardino şəhərində törədilən terror hücumu üçün silah tədarükündə təqsirkar bilinərək barəsində qərar verilib.

Anews.az AP-yə istinadən xəbər verir ki, 2015-ci il dekabrın 2-də San-Bernardino şəhərində yerli idarəetmə qurumu əməkdaşlarının bayram toplantısında onlardan biri Səid Rizvan Faruq və həyat yoldaşı Təşfin Malik atəş açaraq 14 nəfəri öldürmüş, 22 nəfəri isə yaralamışdılar. Hadisədən bir neçə dəqiqə sonra T.Maliklə əlaqələndirilən feysbuk səhifəsində İŞİD liderinə sədaqət bildirən paylaşım edilib. Terrorçu ər-arvad həmin gün təhlükəsizlik qüvvələrilə atışma zamanı öldürülüblər.

Sözügedən hadisəni törətmiş S.Faruqla 2005-ci ildə qapı qonşusu olmuş, 2011-ci ildən isə onlara mütəmadi gələrək "radikal islamçı məzmunlu” videolara baxdığı iddia edilən 28 yaşlı Enrike Markes onlara 2 ədəd silah çatdırmaqda təqsirkar bilinib.

Prokurorluq müttəhim üçün 25 il həbs cəzası istədiyi halda müdafiə tərəfi onun 13 yaşından Faruq tərəfindən təsir altına alındığını əsas gətirərək onu 5 il həbs etdirməyi xahiş edib. Hakim müttəhimi 20 il həbs cəzasına məhkum edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol