• $
  • €
  • ₽
  • ₺
  • £

Çin peyvəndi vurduran türkiyəli jurnalist koronavirusa yoluxdu

Çin peyvəndi vurduran türkiyəli jurnalist koronavirusa yoluxdu
23.12.2020 18:16
Türkiyənin "Habertürk” telekanalının köşə yazarı Kamal Öztürk Çin istehsalı peyvənd vurdurduqdan sonra koronavirusa yoluxub.

Anews.az xəbər verir ki, o, bu barədə Fox TV-də İsmayıl Kiçikqaya ilə "Zəngli Saat” teleproqramına telefon vasitəsilə qoşularkən bildirib.

Öztürk 17 dekabrda koronavirus testindən keçdiyini və testin neqativ nəticələndiyini bildirib.

19 dekabrda Çin şirkəti "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” peyvəndini vurdurduğunu bildirən Öztürk iki gün sonra bəzi əlavə təsirlərin müşahidə olunduğunu qeyd edib. O, dekabrın 22-si yenidən koronavirus testindən keçib, nəticə pozitiv çıxıb.
Öztürk bildirib ki, yetərli qoruma yaratmaq üçün peyvəndin 14 gün fasilə ilə 2 dəfə vurulması nəzərdə tutulub. 

"Birinci peyvənd dozasından sonra bədən 14 gün ərzində antikor istehsal etməyə başlayır, ancaq bu, immunitet yaratmaq üçün kifayət deyil. Buna görə ikinci doza 14 gün sonra verilir. İkinci peyvənd dozasından 14 gün sonra bədən artıq virusa müqavimət göstərən antikor səviyyəsinə çatır. Bu nə deməkdir? Bədənim ilk peyvənd dozasından 28 gün sonra virusa qarşı çox güclü immunitet qazanmış olardı. Ancaq bu müddətdə hər an virusa yoluxmaq ehtimalım var idi”,- deyə Öztürk qeyd edib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol