Paşinyanın fraksiyasını daha bir deputat tərk etdi

Ermənistan parlamentinin daha bir deputatı baş nazir Nikol Paşinyanın fraksiyasını tərk etdiyini açıqlayıb.
Hakim "Mənim addımım" fraksiyasından deputat seçilmiş Sofiya Ovsepyan fraksiyadan istefa verdiyini bəyan edib. Ovsepyan bundan sonra müstəqil və bitərəf parlamentari kimi fəaliyyətinə davam edəcəyini elan edib.
Deputat atdığı addımın səbəblərini açıqlamayıb. Güman edilir ki, proqnozlaşdırılan erkən seçkilərdə yenidən namizəd olmaq istəyən parlamentari mənfi reytinq baqajından qurtulmaq niyyətindədir. Ovsepyanın bu qərarı çalxalanmaqda olan fraksiyada gərginliyi daha da artırıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib