• $
  • €
  • ₽
  • ₺
  • £

Teleqramın aktiv istifadəçi auditoriyası 500 milyonu keçdi

Teleqramın aktiv istifadəçi auditoriyası 500 milyonu keçdi
13.01.2021 18:30
Yanvar ayının ilk həftəsində Teleqramın auditoriyası aylıq 500 milyon aktiv istifadəçini keçib.

Bu barədə sosial şəbəkənin qurucusu Pavel Durov öz Telegram kanalında açıqlama verib. Onun sözlərinə görə, son üç gün ərzində mesajlaşma xidmətinə 25 milyon insan qoşulub. Onların 38% -i Asiyadan, 27% -i Avropadan, 21% -i Latın Amerikası və 8% -i isə Yaxın Şərq və Şimali Afrikadandır.

Durov istifadəçi sayındakı artımın keçən ilə nisbətən əhəmiyyətli dərəcədə sürətləndiyini qeyd edib: "İnsanlar artıq şəxsi məlumatlarını pulsuz xidmətlər əvəzində dəyişdirmək istəmirlər. Teleqram gizlilik və təhlükəsizliyə önəm verən rabitə platforması axtaranlar üçün ən böyük sığınacağa çevrilib”.
Analitik şirkət "Sensor Tower”a görə, Teleqram 2021-ci il yanvarın 6-dan 10-dək 9 milyon dəfə yüklənib. Bu, bir həftə əvvələ nisbətən 91 % çoxdur.
 
İstifadəçilərin artmasının Votsapın məxfilik siyasətindəki dəyişikliklə əlaqədar olduğu güman edilir.

Xatırladaq ki, fevral ayından etibarən, Aİ və İngiltərə sakinləri xaricində Votsap quraşdıran hər kəs üçün yeni məxfilik qaydaları qüvvəyə minəcək. Yeni qaydaya görə, istifadəçi məlumatları, xüsusən telefon nömrələri, əməliyyatlar və IP ünvanları Feysbuka ötürüləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol