• $
  • €
  • ₽
  • ₺
  • £

Konqres sədrinin noutbukunu oğurlayan şəxs evində ölü tapıldı

Konqres sədrinin noutbukunu oğurlayan şəxs evində ölü tapıldı
13.01.2021 22:30
ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqres binasına basqını zamanı Konqresin sədri Nensi Pelosinin noutbukunu oğurlayan şəxs evində ölü tapılıb. 
 
Bu barədə "The Sun” nəşri məlumat yayıb.

53 yaşlı Kristofer Stenton Corciyanın cəsədi həyat yoldaşı tərəfindən Alfareta şəhərindəki evlərinin zirzəmisində tapılıb. O, dərhal polisi çağıraraq çoxlu qan gördüyünü bildirib.

Kişinin ölüm səbəbi hələ müəyyənləşdirilməyib, polis hadisəni araşdırır. Onun evində iki avtomatik tüfəng tapıldığı qeyd olunub. Qonşuları mərhumu mərhəmətli və nəzakətli bir insan kimi xarakterizə ediblər.

Xatırladaq ki, demokrat Co Baydenin Prezident seçilməsi ilə nəticələnən 3 noyabr seçkilərini tanımayan Tramp tərəfdarları seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı keçirilən iclas zamanı Konqres binasına basqın etmişdilər. Nəticədə qarşıdurma olmuş, 4 nəfər həlak olmuş, 50-dən çox polis əməkdaşı daxil olmaqla xeyli sayda insan yaralanmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol