Koronavirus səbəbindən gündə 120-dən çox şirkət bağlanır - İspaniyada

İspaniyanın Dövlət Sığorta Xidmətinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hər gün orta hesabla 122 şirkət bağlanır.
Anews.az xəbər verir ki, 2020-ci il ərzində İspaniyada 44 759 şirkət iqtisadi problemləri həll edə bilməyib, söhbət əsasən kiçik və orta biznesdən gedir.
Ötən il dekabrın sonuna olan vəziyyətə görə, ölkədə 1 295 656 şirkət fəaliyyət göstərirdi. Bu, 2015-ci ilin sonundan etibarən ən aşağı göstəricidir. "Credit Suisse” maliyyə konqlomeratının analitikləri ispan iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qaytarılması üçün dörd il vaxt lazım olacağını proqnozlaşdırırlar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib