• $
  • €
  • ₽
  • ₺
  • £

Co Baydenin Uinston Çörçillin büstünü oval kabinetdən yığışdırması ingilisləri qəzəbləndirdi

Co Baydenin Uinston Çörçillin büstünü oval kabinetdən yığışdırması ingilisləri qəzəbləndirdi
25.01.2021 18:30
ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyası Ağ Evdə, oval kabinetdən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin büstünü yığışdırır.

Bu barədə Fox News kanalı məlumat yayıb.

 Maraqlıdır ki, ABŞ-ın Londondakı səfirliyi Twitter-dəki mikrobloqunda məsələyə tam aydınlıq gətirməyib. Əvəzində isə səfirlik "ABŞ-Böyük Britaniya arasındakı xüsusi münasibətlərdən” bəhs edən videoçarx yayımlayıb.

 "Biz Çörçillin büstü ilə bağlı diskussiyalarla tanışıq. Ona görə də hər kəsə "Xüsusi münasibətlər”in nə olduğunu xatırlatmaq istəyirik”,-deyə diplomatik nümayəndəliyin videoçarxa əlavə etdiyi şərhdə bildirilir.

Lakin amerikalıların məsələni videoçarxla "yola verməsi” ingilislərin xoşuna gəlməyib. "Breksit” partiyasının lideri Naycel Farac bunu "britaniyalıların siftətinə və iki ölkə arasında münasibətlərə vurulan sillə” kimi dəyərləndirib.

Britaniyalı analitik və keçmiş baş nazir Marqaret Tetçerin müşaviri olmuş Naylı Qardiner isə videogörüntüləri sərt şəkildə tənqid edib.

"Ser Uinston Çörçill azad dünyanı xilas etmiş adamdır. O, Atlantikanın hər iki tərəfinin görkəmli qəhrəmanıdır. Heç olmasa azacıq hörmət göstərin”, - deyə o, Tvitterdəki mikrobloqunda yazıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol