• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli nazirdən Naxçıvan dəhlizi ilə bağlı - Açıqlama

Türkiyəli nazirdən Naxçıvan dəhlizi ilə bağlı - Açıqlama
03.02.2021 22:47
"Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və "Marmaray”ın buna inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz bir "Dəmir İpək yolu” ortaya çıxır”.

Anews.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu dilə gətirib:

"Qərbdən – Avropadan həm ölkəmizdən, həm də ölkəmiz vasitəsilə Türk Cümhuriyyətlərinə və ya İrana bu şəkildə qatarlar getməyə davam edəcək. Ölkəmizdəki dəmiryolunun nəqliyyatdakı payını 20 faizə çatdırmağı düşünürük. Ölkə içində də dəmiryolunda sıçrayış müşahidə olunur. Sürət qatarı xətlərimizi tamamlamağa çalışırıq.

Sənaye bölgələrinə, limanlara dəmiryolu şəbəkələrini bağlayıb, buradakı logistika xərclərini azaltmağa çalışırıq. Logistika xərcləri hazırda hazırda təxminən 25 faizdir. Bu rəqəmi 10 faizə qədər azaltdıqda həm ölkəmizə, həm xalqımıza fayda verəcək”.

Onun sözlərinə görə, logistika sahəsindəki işlərin 11-i tamamlanıb, 10-da iş gedir:

"Bakı-Tbilisi-Qars xəttində Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi keçidləri tərəfində aktiv bir hərəkətlilik başlayıb. İranla Türkiyə arasında önəmli irəliləyişlər var.

Naxçıvan bağlantısının Qarsdan bir xətlə ayrılması üçün layihələrimiz davam edir. Bura da tamamlananda fərqli bir çatdırılma marşrutu ortaya çıxacaq. Naxçıvan dəhlizi layihəsi üzərində işlər davam edir.

Təxmini marşrut bəllidir. Ölkəmizdəki hissəsini bir layihələndiririk. Azərbaycan-Naxçıvan arasındakı nəqliyyat dəhlizi ilə Azərbaycan məşğul olur. Onlar da önümüzdəki həftə buraya gələcəklər. Bu mövzu yenidən gündəmə gələ bilər”.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol