Gürcüstan patriarxının istefası barədə məlumat yayılıb

Gürcüstanın Dini Ekspertlər Assosiasiyası katalikos-patriarx II İlyanın istefaya göndəriləcəyi barədə məlumat yayıb.
"Report”un yerli bürosu xəbər verir ki, təşkilatdan məsələnin Müqəddəs Sinodun fevralın 11-də keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib.
Assosiasiya iddia edir ki, iclasda II İlyanın müəyyən kompromislər və ya şantaj yolu ilə taxt-tacdan uzaqlaşdırılması planlaşdırılıb.
Gürcüstan patriarxlığının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Andria Caqmaidze yayılan məlumatlara münasibət bildirib. O, jurnalistlərdən bu cür fantaziyalarla bağlı sual verməməyi xahiş edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























