• $
  • €
  • ₽
  • ₺
  • £

“Taliban” son sutkada Əfqanıstanın 13 rayonunu ələ keçirdi

“Taliban” son sutkada Əfqanıstanın 13 rayonunu ələ keçirdi
04.07.2021 23:30
"Taliban" hərəkatının döyüşçüləri son 24 saat ərzində Əfqanıstanın 13 rayonunu nəzarət altına alıb.

"Report” xəbər verir ki, bu barədə Pakistan mətbuatı bildirib.

Qeyd edilir ki, bu, "taliban”çıların belə qısa vaxtda ələ keçirməyə müvəffəq olduğu rayonların maksimal miqdarıdır.

Xüsusi halda "taliblər” Badahşan əyalətində doqquz rayon və ölkənin şimal-şərqindəki Tahar əyalətində iki rayon, şərqdə bir rayon, Qəndəhar əyalətində daha bir rayon üzərində nəzarəti ələ keçiriblər.
KİV-in məlumatına görə, hal-hazırda "taliblər” ölkənin 370 rayonundan 110-a nəzarət edirlər.

Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, ötən gün ərzində ölkənin doqquz əyalətində döyüşlərin gedişatında 224 "talibançı” zərərsizləşdirilib. Nazirlik silahlılar tərəfindən tutulan rayonları geri qaytarmağa söz verib.

ABŞ və onların müttəfiqləri Əfqanıstandakı qoşunlarını bu ilin 11 sentyabrına qədər çıxarmalıdır.

Qoşunların çıxarılması prosesi "Taliban" hərəkatı qiyamçılarının Əfqanıstanda aktivləşməsi fonunda keçirilir. "Taliblər" maydan genişmiqyaslı hücum əməliyyatları keçirir və hökumət qüvvələrini tez-tez sıxışdırırlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Иране землетрясение, толчки ощутили и в Нахчыване
Dünya 10:21
В Иране землетрясение, толчки ощутили и в Нахчыване
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol