Türkiyə Yunanıstana etiraz notası verdi

Yunanıstanın Ankaradakı səfiri Mixail Xristos Diamesis Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata əsasən, yunan səlahiyyətlilərinin "Olimpiakos” ilə hazırlıq matçı üçün Afinaya yola düşən "Qalatasaray” klubunun üzvlərinə qarşı şəhər aeroportunda sərt rəftar Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub.
Səfirə təqdim edilən etiraz notasında bu davranışın idman qaydalarına zidd və dostluqdan uzaq olduğu bildirilib.
Həmçinin, gələcəkdə analoji halların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi tələb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























