• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki silsilə yanğınlarla bağlı AÇIQLAMA

Türkiyədəki silsilə yanğınlarla bağlı AÇIQLAMA
12.08.2021 12:16
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazir bu barədə tviter səhifəsində məlumat verib.

"28 iyuldan başlayan və 15 gündür davam edən yanğınların son həlqəsi olan Muğla-Köyceğizdəki meşə yanğınlarını da meşə qəhrəmanları sayəsində nəzarətə aldıq. Beləliklə, böyük yanğınların hamısını söndürmüşük”, - nazir bildirib.

İyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub. Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol