“Taliblər” Əfqanıstanın Vardak əyalətinin paytaxtını nəzarət altına alıblar

"Taliban" hərəkatının döyüşçüləri bildiriblər ki, Əfqanıstanda daha bir inzibati mərkəzini – Kabildən 46 kilometr məsafədə yerləşən Vardak əyalətinin paytaxtı Maydanşəhri tutublar.
"Report” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid özünün tvitterdəki hesabında yazıb.
Onun açıqlamasına əsasən, qubernator administrasiyasının binası, polis bölməsi, mərkəzi həbsxana "taliblər”in nəzarəti altına keçib. Qeyd edilir ki, hökumət ordusunun silahlıları Kabilə qaçıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























