Türkiyə Gürcüstanda birgə hərbi müəssisələr yarada bilər

Gürcüstan və Türkiyə arasında birgə hərbi müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Müəssisələrin qurumun "Delta” elmi-texniki mərkəzinin bazasında yaradılması təklif olunur. Məsələ Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin türkiyəli həmkarı Hulusi Akar və Türkiyənin iri hərbi sənaye şirkətlərinin rəhbərləri ilə İstanbulda baş tutan "IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























