Rusiyada 1,1 milyon hektar ərazi yanır

Hazırda Rusiyanın fərqli-fərqli bölgələrində 1,1 milyon hektar ərazidə meşə yanğınları davam edir.
"TASS” xəbər verir ki, yanğınların əsas hissəsi, təxminən 956 min 518 hektarı Yakutiyada 32 fərqli ərazidə qeydə alınıb. Yanğınsöndürənlərin səyləri nəticəsində 178 min 034 hektar sahədə meşə yanğınları aradan qaldırılıb.
Yanğınların söndürülməsinə 8950 nəfər, 1837 ədəd texnika, 21 təyyarə cəlb edilib. 62 təyyarə isə monitorinqə cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























