Almaniyanın səhiyyə naziri pandemiyanın dəf edilə bilinəcəyi tarixi açıqladı

"Biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.
Bunu Almaniyanın səhiyyə naziri Yens Şpan "Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin yazında əhalinin koronavirusa qarşı kollektiv immunitetə nail olub epideymiyanı dəf edə bilərik: "Əgər virusun peyvənddən müdafiə olunduğu yeni variantı əmələ gəlməzsə, bu ehtimal azdır, onda biz 2022-ci ilin yazında pandemiyanı dəf edib normal həyata qayıda bilərik”.
Nazir deyib ki, gec-tez kollektiv immunitetə nail olacaqlar: "Bu, ya aşılanmaq, ya da yoluxmaqla mümkün olacaq. Peyvəndlənmə daha təhlükəsiz yol sayılır. Vaksin olunanların sayı çoxaldıqca yoluxma azalar, koronavirusa qarşı hələlik aşılanması mümkünsüz olan uşaqlar daha yaxşı müdafiə edilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























