• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan Prezidentinin andiçmə mərasimi oldu

Özbəkistan Prezidentinin andiçmə mərasimi oldu
06.11.2021 17:26
Özbəkistanda parlamentin hər iki palatasının birgə iclasında ölkənin köhnə - yeni Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilib.

Mərasimdən əvvəl oktyabrda təsdiq edilmiş Özbəkistan Prezidentinin ştandartı və nişanı ilk dəfə Senatın zalına gətirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Ş.Mirziyoyevə Özbəkistan Prezidentinin yeni vəsiqəsini təqdim edib.

Ardından yenidən dövlət başçısı seçilmiş Mirziyoyev konstitusiyaya və "Quran”a əl basaraq and içib, respublikanın konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyinə, üzərinə düşən işləri vicdanla yerinə yetirəcəyinə söz verib.

Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir. Növbəti seçki oktyabrın 24-də keçirilib. MSK bütün bülletenləri hesabladıqdan sonra Mirziyoyevin 80,12% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Onu da qeyd edək ki, 2016-cı ilin dekabrında keçirilən prezident seçkilərində Mirziyoyev 88,6% səs toplamışdı. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol