• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan lirənin yenidən bahalaşmasından danışdı

Ərdoğan lirənin yenidən bahalaşmasından danışdı
31.12.2021 20:40
"Öz pulumuzu ölçü götürmədikcə, həmişə uğursuzluğa məhkumuq. Pulumuz türk lirəsidir, onunla hərəkət edəcəyik".

"Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ASKON-un 12-ci Baş Assambleyasında çıxış edərkən deyib.

Türkiyə lideri bildirib ki, faiz zəngini varlı, kasıbı kasıb edir:
"Buna inanacağıq. Bununla davam edəcəyik. Xarici valyuta ilə ticarət aparmayan şirkətlərimizə öz pulumuzdan başqa maliyyə alətindən istifadə etməməyi tövsiyə edirəm. Bu paketi açıqladığımız gündən əmanətlərdə xarici valyutadan öz pulumuza ciddi qayıdış var. İlin əvvəlindən həm şirkətlərimizin, həm də vətəndaşlarımızın öz pulumuza qayıtmasını sürətləndirəcəklərinin əlamətlərini görürük”.
""Dünya 5-dən böyükdür” deyirik. Biz təhriflərə təkcə öz etirazımızı bildirməmişik. Biz də yeni qlobal idarəetmə və iqtisadiyyat sistemində layiq olduğumuz yeri tutmaq üçün hərəkətə keçdik. İndi biz bütün gücümüzü və resurslarımızı məşğulluğa və sabitliyə yönəlmiş yeni iqtisadiyyatımızın qurulmasına və inkişafına yönəldirik”, - Ərdoğan bildirib.

Prezident qeyd edib ki, son zamanlar yaşanılan mühüm problemlərdən biri məzənnənin balanssız dəyişməsi, digəri isə qiymətlərin hədsiz artmasıdır:

"Gördüyümüz tədbirlərlə bu iki problemdən biri olan məzənnənin mənasız dalğalanmasını nəzarət altına aldıq. İl sonu hesabların bağlanması səbəbindən bu günlərdə məzənnənin yenidən oynamağa başlaması müvəqqəti bir vəziyyətdir. İlin əvvəlinə biz hesab edirik ki, məzənnə bu həftənin əvvəli kimi məqbul səviyyədə sabitləşəcək. Biz buna nail olmaq üçün əlimizdə olan vasitələrdən istifadə edəcəyik. Məqsədimiz həm iş adamlarımıza, həm də vətəndaşlarımıza 1 ay, 6 ay, 1 il, 3 il irəlini görə biləcəkləri investisiya və qənaət qərarları verəcək bir inam və sabitlik mühiti təmin etməkdir”.

Qeyd edək ki, Türkiyə lirəsi təxminən 2 ay müddətində xarici valyuta qarşısında ucuzlaşandan sonra yeni iqtisadi sistemlə möhkəmləndi. Lakin son günlər bir qədər ucuzlaşıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol