• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü koronavirusa yoluxduran müğənni öldü

Özünü koronavirusa yoluxduran müğənni öldü
19.01.2022 23:20
Çexiyada özünü qəsdən koronavirusa yoluxduran və bəzi məhdudiyyətlərdən azad olmağa çalışan 57 yaşlı müğənni Hana Horka sosial şəbəkədə sağaldığını yazandan iki gün sonra dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin oğlu Jan Rek BBC-yə anasının peyvənd olunmadığını, atası və özünün COVID-19-a yoluxduğu müddətdə xəstələndiyini deyib.

Rek anasının peyvənddən imtina etdiyini, testinin pozitiv çıxmasına baxmayaraq, təcrid olunmadığını bildirib.
Çexiyanın məşhur musiqi qruplarından biri olan "Asonance”ın solisti Horka paylaşımında "İndi teatr, sauna, konsert olacaq” ifadələrini işlədib.

Kinoteatrlar, barlar və kafelər də daxil olmaqla, Çexiyada bir çox məkana giriş üçün peyvənd olunmaq və ya koronavirusa yoluxub sağalmaq lazımdır.

Qeyd edək ki, Çexiyada son günlərdə COVID-19-a yoluxanların sayı ən yüksək həddə çatıb. 10,7 milyon əhalisi olan ölkədə yoluxanların sayı 28 mini keçib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol