• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsindən Azərbaycan barədə qərarlar

Avropa Məhkəməsindən Azərbaycan barədə qərarlar
11.02.2022 10:20
Avropa İnsan Haqları Məhkəməsi fevralın 10-da Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edib. 

"Aihmaz.org"-un fevralın 10-da verdiyi məlumata görə, qərarlardan biri mahiyyət üzrə verilib. 2 işdə tərəflər dostca anlaşıblar, 1 qərar hökumətin birtərəfli bəyannaməsi nəzərə alınaraq qəbul edilib.

Cahangir Hacıyev Azərbaycana qarşı işi

Bu işdə məhkəməyə qədər həbs edilmiş ərizəçi yerli məhkəmələrin öz qərarlarını əsaslandıra bilməməsindən şikayət etmişdi. O, azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyini iddia edirdi.

Avropa Məhkəməsi bu işdə Fərhad Əliyev Azərbaycana qarşı, İsayeva Azərbaycana qarşı, Zayidov Azərbaycana qarşı işlərinə istinad etdi, vurğuladı ki, işlərin halları oxşardır. "Məhkəmə ona təqdim edilmiş bütün materialların işığında, bu şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə razı sala biləcək hər hansı fakt və ya arqument aşkar etmədi. Uyğun presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyiblər. Buna görə də şikayət qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş vermişdir”. AİHM Azərbaycanla bağlı presedentlərə istinad edərək, ərizəçiyə 3500 avro təzminat ödənilməsinə qərar verdi. Ərizəçini AİHM qarşısında vəkil Aqil Layıc təmsil edib.

Əmrah Salmanov Azərbaycana qarşı

Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 12 000 avro mənəvi zərər əvəzi təzminat və 1000 avro hüquqi məsrəf əvəzi ödəyəcək. Ərizəçini AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edib.

Bu məhkəmə işi oğurluqda iştirakda şübhəli bilinərək həbs edilmiş yetkinlik yaşına çatmayan ərizəçi haqda həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı idi. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi iddia edirdi ki, daxili məhkəmələr onun məhkəməyəqədər həbsinə qərar verərkən, öz qərarlarını əsaslandıra bilməyiblər. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü və 13-cü maddələrinə əsaslanaraq, həbs olunduqdan sonra polis idarəsində pis rəftara məruz qalmasından, bədənində xəsarətlər almasını təsdiq edən izlərə rəğmən effektiv araşdırmanın aparılmamasından şikayət etmişdi.

Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı

Bu işdə də tərəflər Məhkəməyə dostca anlaşmalarını təsdiq edən bəyannamə təqdim ediblər. Anlaşmaya əsasən, hökumət iki ərizəçiyə ümumilikdə 16 000 avro təzminat (ərizəçilərin hər birinə 7 min avro mənəvi zərər əvəzi və hüquqi məsrəflərə förə 2 000 avro) ödəməlidir. Ərizəçiləri vəkil Ruslan Mustafazadə təmsil edib.

Bu iş hər iki ərizəçinin 22 sentyabr 2013-cü il tarixdə müxalif qüvvələrin icazəli dinc aksiyasında saxlanılması, inzibati qaydada həbs edilmələri ilə bağlı idi. Onların cəzalandırlmasına səbəb kimi prezident seçkiləri kampaniyası zamanı namizədlərin plakatlarını zədələmələri, polisin əmrinə əməl etməmələri göstərilmişdi, ancaq ərizəçilər iddia edirdilər ki, onlar hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalif namizədin təşkil etdiyi aksiyada iştirak etmələrinə görə cəzalandırlıblar. Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə baş verib.

Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı

Bu işdə Hökumət, kommunikasiya mərhələsində ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib, məhkəməyə mənəvi zərər əvəzi təzminat ödənilməsini ifadə edən birtərəfli bəyannamə təqdim edib. Məhkəmə bəyannaməni qəbul edib. Hökumət ərizəçilərin hər birinə 7500 avro təzminat ödəyəcək. Ərizəçiləri AİHM-də Mustafayeva və Yolçuyev təmsil edib.

Bu işdə hər iki ərizəçi qanunsuz azadlqıdan məhrum etməyə görə təyin olunan təzminatın məbləğinin azlığından şikayət etmişdilər. Ərizəçilərdən M.Mustafayev bir il altı ay iyirmi bir gün müddətində qanunsuz həbsdə saxlanılmiş, yerli məhkəmələr barəət almasından sonra ərizəçiyə 5.000 manat təzminat ödənilməsinə qərar vermişdi. Yerli məhkəmələr iki il yeddi ay iki gün müddətində qanunsuz həbsdə saxlanılan Süleymanova isə 8000 manat təzminat ödənilməsinə qərar vermişdi. Konvensiyanın 5.5-ci bəndinə əsaslanan ərizəçilər iddia edirdilər ki, qeyri-qanuni həbsdə saxlanılmalarına görə təyin edilmiş təzminatların məbləği az olub, bununla da qanunsuz həbsə görə kompensasiya almaq hüquqları müdaxiləyə məruz qalıb. (toplum tv)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol