• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ 91 təşkilat və şəxsə sanksiya tətbiq edib

ABŞ 91 təşkilat və şəxsə sanksiya tətbiq edib
04.03.2022 12:36
ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarət rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib, bu məlumat ABŞ hökuməti Federal Reyestrinin elektron bazasında yerləşdirilib.

"ABŞ hökuməti hesab edir ki, bu subyektlərin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib”, - deyə sənəddə bildirilib.

Məlumata görə, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.
 
Cənubi Koreya Respublikası da  ABŞ-ın "qara siyahısı"na düşən Rusiyanın 49 təşkilatı və şirkətinə ixracat məhdudiyyətinin tətbiqi ilə bağlı qərar qəbul edib.Bildirilib ki, sanksiya tətbiq edilənlər siyahısına Rusiyanın Müdafiə Nazirliyi də daxildir. Məlumata görə, Cənubi Koreyanın Rusiya ilə ticarət etmək istəyən hüquqi şəxslər xüsusi lisenziya almalıdır. (report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol