• $
  • €
  • ₽
  • ₺
  • £

"Pakistan axını" qaz kəmərinin qarşısı kəsilə bilər

"Pakistan axını" qaz kəmərinin qarşısı kəsilə bilər
04.04.2022 11:41
Vaşinqton Pakistan və Rusiya tərəfindən tikilməli olan "Pakistan axını” qaz kəmərinin qarşısını kəsir, bu barədə  Ukraynanın telegram kanalları məlumat verib.

Pakistanın baş naziri İmran Xan hökuməti istefaya göndərib və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib. Bu, parlamentin vitse-spikerinin baş nazirə etimadsızlıq səsverməsinin qarşısını aldıqdan və "xarici konspirasiya yolu ilə hakimiyyəti dəyişmək cəhdi” barədə xəbərdarlıq etdikdən dərhal sonra baş verib.

Hakim koalisiyanın dağılması baş nazir İmran Xanın Ukraynada müharibə başlayan gün Moskvaya "tarixi səfər” etməsindən sonra başlayıb. Artıq aprelin 3-də müxalifət Pakistan tarixində ilk dəfə parlamentdə etimadsızlıq səsverməsi ilə baş nazirin vəzifəsindən uzaqlaşdırılmasına nail olacağını gözləyirdi. İmran Xanın taleyi demək olar ki, möhürlənmiş görünürdü. Müttəhid Qaumi Hərəkatı hakim koalisiyanı tərk etdikdən sonra baş nazirin əleyhdarlarının aktivlərində 177 səs var və hökumət başçısına impiçment elan etmək üçün 172 səs kifayətdir. Bununla belə, vitse-spiker Qasim Xan Suri baş nazirin vəzifədən kənarlaşdırılması təşəbbüsünün xarici qüvvələrdən ilhamlandığını əsas gətirərək etimadsızlıq səsverməsini rədd edib.

İslamabadın ABŞ-a doğru mümkün dönüşü artıq razılaşdırılmış qaz kəməri layihəsini pozmaq təhlükəsi yaradır.

 Pakistan həm Çinin "Bir kəmər – bir yol” strateji layihəsində, həm də Rusiyanın enerji təchizatının şərq istiqamətini dəyişmək planlarında mühüm rol oynayır. ABŞ-ın Pakistanda hakimiyyət dəyişikliyi həm Çinə, həm də Rusiya Federasiyasına zərbə vuracaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol