• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya aclıqdan silah kimi istifadə edir - Zelenski

Rusiya aclıqdan silah kimi istifadə edir - Zelenski
06.04.2022 18:40
Rusiya aclıqdan sadə insanlara qarşı silah və hökmranlıq vasitəsi kimi istifadə edir. Bunu İrlandiya parlamentində çıxışı zamanı prezident Vladimir Zelenski deyib.
 
"Rusiya artıq ixrac üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərlə birlikdə bütün dəniz limanlarımızı da bağlayıb.
 
Niyə belə edirlər? Çünki onlar da aclığı öz silahı kimi görürlər, -  Zelenski bildirib.
 
O, Ukraynanın dünya ərzaq bazarında aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb.

- Bizim ixracımızın dayanması sadəcə məhsul qıtlığı yaratmayacaq. Bu, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki kifayət qədər məhsul həcmi olmayacaq və qiymətlər əhəmiyyətli dərəcədə artacaq. Bu, faktdır, - ölkə rəhbəri qeyd edib.

Dövlət başçısı  onu da əlavə edib ki, "Afrikanın şimalında və Asiyanın bəzi bölgələrində yaşayan milyonlarla yoxsul insanlar üçün ailələrini dolandırmaq daha da çətinləşəcək”.

- İndi Ukraynada əkin kampaniyasının vaxtıdır. Bizim əkin kampaniyamızı pozmaq, infrastrukturumuzu dağıtmaq qəsdən yaradılmış ərzaq böhranına səbəb olur. Bəs bu böhran nəticəsində nə baş verəcək? Rusiya xalqımıza qarşı müharibənin ilk günlərindən aclıqdan istifadə edir. Ən pis formada isə Mariupolda istifadə edir, - Zelenski bildirib.
 
"Bizim ixracımız olmasa, bu, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki məhsullarda fiziki qıtlıq yaranacaq və qiymətlər xeyli yüksələcək.,- bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol