• $
  • €
  • ₽
  • ₺
  • £

Buçada rus əsgəri atanı oğlunun gözü qarşısında öldürüb

Buçada rus əsgəri atanı oğlunun gözü qarşısında öldürüb
07.04.2022 12:49
Martın 17-də saat 11:00 radələrində Yuri Neçiporenko və atası Ruslan velosipedlə Buçanın yardımların paylandığı administrasiya binasına yollanıb.

Ukraynanın paytaxtı Kiyevə doğru irəliləyən Rusiya ordusunun yolunda olan və ilk işğala məruz qalan bu şəhərdə elektrik, qaz və su kəsilmişdi və zəruri əşyalar çatışmırdı. Yuri və atası bir az dərman və yemək götürməyə ümid edirmişlər. Yuri deyir ki, Tarasivska küçəsində rus əsgəri onu və atasını saxlayıb. Onlar dərhal əllərini qaldırıblar.

Anası Alla ilə birgə BBC müxbiri ilə telefonla danışan 14 yaşlı yeniyetmə daha sonra başına gələnləri belə təsvir edib. 
 
"Biz onlara silah gəzdirmədiyimizi və təhlükə yaratmadığımızı söylədik. "Sonra atam başını mənə tərəf çevirdi və elə bu zaman onu güllələdilər... O, ürək nahiyəsindən iki güllə yarası aldı və yerə yıxıldı”,  - yeniyetmə dedi. 

Yeniyetmənin sözlərinə görə,  bundan sonra əsgər onun sol əlindən vurub və uşaq yerə yıxılıb. Yerdə olarkən o yenə , amma  bu dəfə qolundan güllələndiyini söyləyib.

"Mən qarnı üstə uzanmışdım, ətrafımda baş verənləri görə bilmirdim", - Yuri deyib. Əsgəronun başını nişan alaraq yenidən atəş açıb.  "Ancaq güllə  kapişonuna ilişib".

Yuri əsgərin yenidən, bu dəfə atasının başına atəş açdığını deyib. Amma Ruslan artıq ölmüşdü. "Yaralı qolumun üstündə yatarkən kiçik panik atak keçirdim.
Gördüm ki, əlimdən qan axır”,  - yeniyetmə deyib. 
 
Yalnız bir müddət sonra əsgər tankın arxasına keçəndə Yuri ayağa qalxaraq qaça bilib. 

BBC Yurinin dedikləri ilə bağlı müstəqil araşdırma aparmayıb . Lakin onun dedikləri Rusiya hərbçilərinin Kiyevin şimalındakı Buça və digər şəhərlərə nəzarəti ələ keçirdikləri zaman törətdikləri vəhşiliklərə dair sübutların artdığı bir vaxta təsadüf edir.

Təkcə Buçada küçədə bədənlərində iri yaralar olan kişi meyitləri tapılıb. Bəzilərinin gicgah nahiyəsinə güllə ilə vurulib. Sanki onları edam ediblər.

Digərlərinin əl-ayaqları arxadan bağlanıb. Bəzilərinin üstündən tank keçdiyi  açıq-aydın görünür. 

Cəsədlərin çoxu Yablonska küçəsində, Ruslanın qətlə yetirildiyi deyilən küçədən cəmi 2 kilometr (bir mil) aralıda aşkarlanıb. 

Yurinin anası Alla BBC-yə yeniyetmə evə qayıtdıqdan sonra ərini görməyə necə getdiyini və başına gələnləri danışıb. 

O, Yurinin səhv edə biləcəyini , Ruslanın bəlkə yaralandığını və tibbi yardıma ehtiyacı olduğunu düşünüb

"Oğlum mənə yalvardı ki, getmə. "Məni də öldürəcəklərini söylədi”,  - Alla deyib. O, küçə ilə getmək istəyəndə qonşularının ona mane olub.  "Onlar mənə dedilər ki, ruslar onların nəzarəti altında olan ərazilərdə hamını öldürür”.
 
Səhəri gün Alla anasını köməyə çağırıb.

Onlar ağ şərf geyinərək hadisə baş verən yerə gediblər.  Anası rus əsgərləri ilə danışıb və onlar keçə biliblər. Nəhayət, Ruslanın meyitini götürüb  evə gətiriblər.

Allanın çəkdiyi və BBC ilə paylaşdığı qismən örtülmüş cəsədin şəkli Yuriyin dediklərini təsdiqləyir. Döş qəfəsinin sol tərəfində, ürəyin yaxınlığında güllə yarası var.

Peşəcə vəkil olan Ruslanın  49 yaşı var idi. "O, ictimai fəal adam idi. O, sığınacaqda oturub gözləyə bilməzdi. O, könüllü kimi insanlara kömək edirdi”.
Onu ailə evinin bağçasında dəfn etdilər",  - Alla deyib.

Yuri atasını  öldürən əsgərin açıq-aşkar rus olduğunu deyib. "Onun Rusiya ordusuna xas  tünd yaşıl forması var idi. Gördüm ki, gödəkçəsinin üzərində rusca "Rusiya” yazılıb. Biz hərbçilər üçün təhlükə yaratmırdıq, biz mülki insanlar idik, bunu göstərmək üçün ağ şərflər taxırdıq”, - Yuri əlavə edib. 

Səkinəxanım Məmmədova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol