• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Baş Qərargahı məlumat yaydı

Ukrayna Baş Qərargahı məlumat yaydı
13.05.2022 10:23
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinin 79-ci günüdür. Ukrayna Baş Qərargahı müharibə ilə bağlı günün hesabatını yayıb.

Məlumata görə, Donbassda ruslar hücuma keçir, Xarkov yaxınlığında müdafiə olunur və geri çəkilir. 

Luqansk vilayətinin şimalında düşmən qüvvələrini xüsusilə Rubijne üzərində tam nəzarəti bərqərar etməyə cəhd edir.

Şimaldan Limana doğru irəliləyən rusların hissələri İzyum və Liman arasındakı Aleksandrovka bölgəsində möhkəmləyə çalışır.

Severodonetskin cənubunda ruslar Orexov və Komişuvaxa istiqamətində uğursuz hücumlar edirlər.

Hətta daha cənubda, onlar Donetskdən Marinkaya keçməyə cəhd etməyə davam edirlər.

Mariupolda hər şey eynidir. Ruslar mühasirəyə alınmış Azovstalı, o cümlədən, Ukrayna Baş Qərargahının məlumatına görə, strateji bombardmançı təyyarələrdən istifadə edərək bombalayır.

Zaporojye, Xerson və Nikolayev vilayətlərindəki cəbhələrdə, hesabata görə, irəliləyiş yoxdur, orada qarşılıqlı atəş və hava hücumları davam edir.

Donbasda Rusiya bölmələri, Baş Qərargahın məlumatına görə, son 24 saat ərzində 13 tank, 27 digər zirehli texnika, səkkiz artilleriya sistemi, bir Ka-52 helikopteri və beş pilotsuz uçan aparatı itirib. Bundan əlavə, bir qanadlı raket vuruldu.

Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 79 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 238 uşaq ölüb, 413 azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.(BBC)
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol