• $
  • €
  • ₽
  • ₺
  • £

"Meymun çiçəyi" Britaniyada sürətlə yayılır

"Meymun çiçəyi" Britaniyada sürətlə yayılır
15.05.2022 10:12
Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) daha iki insanda "meymun çiçəyi” xəstəliyinə yoluxma faktını qeydə alıb.
 
Bu barədə agentliyin açıqlamasında bildirilir.
 
Bundan əvvəl, mayın 7-də britaniyalı həkimlər Britaniyada xəstəliyə ilk yoluxma halı barədə məlumat vermişdilər.
 
"Bu xəstələr eyni evdə birlikdə yaşayırlar. Onların mayın 7-də elan edilmiş əvvəlki təsdiqlənmiş hadisə ilə əlaqəsi yoxdur. Onların harada və necə yoluxduğu hələ də araşdırma mövzusu olaraq qalır”, - deyə bildirilir.
 
Yoluxmuş xəstələrdən biri hazırda London xəstəxanalarından birinin yoluxucu xəstəliklər şöbəsində tibbi yardım alır, ikincisi isə təcrid olunub və hazırda stasionar müalicə tələb etmir.
 
"Meymun çiçəyi” nadir virus infeksiyasıdır və insanlar arasında da yayılır. Xəstəlik adətən yüngül keçir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.
 
Onun ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.
 
Çox vaxt üzdən başlayan və sonra bədənin digər hissələrinə yayılan səpgi də ola bilər

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol