• $
  • €
  • ₽
  • ₺
  • £

İranla Tacikistan birgə hərbi təlim keçirəcək

İranla Tacikistan birgə hərbi təlim keçirəcək
17.05.2022 21:00
İran və Taciksitan birgə hərbi təlim keçirəcək.

 "Mehr” xəbər verir ki, bu məsələ İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Tacikistan paytaxtı Düşənbədə ölkənin müdafiə naziri Şiralı Miroz ilə görüşündə müzakirə olunub.


Tərəflər regionda və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər. M.Baqiri Tacikistanla İran arasında hərbi əməkdaşlığın vacibliyini də vurğulayıb.


O bildirib ki, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıqda terrora qarşı mübarizə, ikitərəfli, regional əlaqələrin inkişafı prioritet olmalıdır və bunun üçün birgə hərbi təlimlər keçirilməli və əməkdaşlıq genişləndirilməlidir.


Tacikistanın müdafiə naziri Şirali Mirzo qeyd edib ki, iki ölkənin əməkdaşlığını, İran Silahlı Qüvvələrinin terrora, mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəsini alqışlayırlar: "Ortaq hərbi təlimlər keçirmək, hərbi təchizatı inkişaf etdirmək iki tərəfin də üstünlük verdiyi məsələlərdəndir”.


Qeyd edək ki, M.Baqiri Ş.Mirzonun dəvəti ilə Tacikistana səfər edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Dünya 21:58
İranda Qəşm şəhəri yaxınlığına raket düşüb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol