• $
  • €
  • ₽
  • ₺
  • £

Meymunçiçəyi ilə bağlı bu ölkədə karantin müəyyən edildi

Meymunçiçəyi ilə bağlı bu ölkədə karantin müəyyən edildi
23.05.2022 17:01
Belçika meymunçiçəyi virusuna yoluxmuş şəxslər üçün 21 günlük karantin rejimini tətbiq edən ilk Avropa ölkəsi olub. Bu barədə Belçikanın səhiyyə orqanları cümə günü qərar verib.
 
Bundan  sonra meymunçiçəyi virusuna yoluxmuş şəxslər 21 günlük məcburi izolyasiyaya alınacaqar. Bu xəstəliyə yoluxmuş şəxslər ilə təmasda olanlardan isə  özünü təcrid etmək tələb edilmir.
 
Belçika Tropik Tibb İnstitutu ölkədə epidemiyanın yayılması riskinin aşağı olduğunu bildirib. HAzırda Belçikada meymunçiçəyinə yoluxanların sayı dörddür. 
 
Mütəxəssislər meymunçiçəyi xəstəliyinin yayılma riskinin az olduğunu bildirsələr də, xəstəliyin Afrikadan kənarda qeydə alınmasından  narahat olduqlarını ifadə ediblər.
 
Belçikanın COVID-19  ilə bağlı "Milli Referans Klinik Laboratoriyası”nın mikrobioloqu Emmanuel Andre, şənbə günü "Twitter” hesabında ölkə ərazisindəki dörd nəfərin meymunçiçəyi” xəstəliyinə yoluxduğunu təsdiq edib.
 
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 ölkədə 92 nəfərin meymunçiçəyi xəstəliyinə yoluxduğunu qeydə alıb. Bundan əlavə, ÜST daha 28 nəfərin  bu xəstəliyə tutulmaqda şübhəli bilindiyini də vurğulayıb.
 
Azərbaycan Səhiyyə Nazirliyi  hələlik Azərbaycanda meymunçiçəyinə heç kimin yoluxmadığı barədə məlumat yayıb. 
 
Cavanşir Qasımov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol