• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Rusiya sərhədlərinə yaxınlaşıb - Sergey Şoyqu

NATO  Rusiya sərhədlərinə yaxınlaşıb - Sergey Şoyqu
24.05.2022 17:28
NATO Rusiyann sərhədlərinə yaxınlaşıb  və  müharibənin baş vermə  potensialı önəmli səviyyədə artıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan müdafiə nazirlərinin iclasında onlayn çıxış edib.
 
O, Şərqi Avropada təhlükəsizlik məsələsi ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb.
 
Şoyqu, NATO-nun şərqə doğru irəllədiyini və onun Rusiya ərazisi yaxınlığında hücum silahları yerləşdirdiyini xatırladıb.
 
Şoyqunun sözlərinə görə, Rusiyanın səylərinə baxmayaraq Qərb  əsas problemlərin həlli ilə bağlı təklifləri nəzərə alınmayıb.
 
"NATO döyüş potensialını əhəmiyyətli dərəcədə artırıb. ABŞ mövcud beynəlxalq təhlükəsizliyi tamamilə aradan qaldırmaq üçün xüsusi plan təyin edib. Ukraynanın NATO-ya daxil olması, onun ərazisində koalisiya hərbi infrastrukturunun gücləndirilməsi deməkdir. Ukrayna bizə düşmən olan, təzyiq vasitəsi kimi istifadə edilən dövlətə çevrilib. Bundan əlavə, Ukraynanın nüvə silahlarına malik olması, bizim üçün real təhlükə yaradır. Biz qarşıya qoyduğumuz tapşırıqları tamamlayana qədər, hərbi əməliyyatları davam etdirəcəyik. Bizim məqsədimiz Donbasdakı insanları soyqırımdan qorumaqdır”, – nazir bildirib.
 
Onun fikrincə,  Ukrayna nüvəsiz və neytral statusa malik olmalı, tərksilah edilməli və "nasistlərdən" təmizlənməlidir. 
 
"Qərb Ukrayna qoşunlarının məğlubiyyətindən ehtiyat edir. Buna görə də onlar Ukraynaya kütləvi qırğın silahlarını vermək niyyətindədir. Lakin bizə qarşı edilən  sanksiyalara və bütün təzyiqlərə baxmayaraq, biz öz missiyamızı davam etdirəcəyik”, – Şoyqu qeyd edib.
 
Zelinski, yaxın vaxtlarda Ukraynanın NATO-ya üzv olmaq istədiyini bildirib.
 
Cavanşir Qasımov
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol