• $
  • €
  • ₽
  • ₺
  • £

Çin mayda Rusiyanın ESPO boru kəmərindən demək olar ki, bütün nefti almağa qərar verib

Çin mayda  Rusiyanın ESPO boru kəmərindən demək olar ki, bütün nefti almağa qərar verib
26.05.2022 12:08
Çin may ayında Rusiyanın ESPO boru kəməri (Şərqi Sibir - Sakit Okean) vasitəsilə tədarük edilən neftin demək olar ki, hamısını almaq niyyətindədir. Bu barədə Bloomberg məlumat yayıb.

Bloomberg qeyd edib ki, Rusiyadan neft nəql etmək istəyən gəmi sahiblərinin sayının azalması səbəbindən alıcılar daşınma məsələsini həll etmək üçün "yaradıcı” tədbirlərə əl atmağa başlayıblar. Məsələn, sonradan doldurulan kiçik gəmilər getdikcə daha çox istifadə olunur.

Nəşr əlavə edib ki, kiçik tankerlər yükləri Cənubi Koreyanın Yeosu limanına çatdırır və orada onlar Çinə gedən daha böyük tankerlərə yüklənir.

Mayın 24-də "İnterfaks” sənaye statistikası ilə tanış olan mənbəyə istinadən xəbər verib ki, Rusiya apreldə Qazaxıstan vasitəsilə Çinə bu ilin mart ayına nisbətən 9% çox neft göndərib. Bildirilir ki, apreldə tranzitin həcmi 829 min ton xammal təşkil edib.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol