• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir Türkiyəni oğurlanmış taxıl almaqda ittiham etdi

Səfir Türkiyəni oğurlanmış taxıl almaqda ittiham etdi
03.06.2022 17:28
Türkiyə Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərdən oğurlanmış taxıl alır, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bildirib.
 
Bodnar Reuters agentliyinə bildirib ki, o, Türkiyə səlahiyyətlilərindən və İnterpoldan Türkiyə ərazi sularından qanunsuz taxıl daşınmasında iştirak edənlərin araşdırılmasını və müəyyən edilməsini xahiş edib. Səfirlik xüsusilə iddia edir ki, oğurlanmış yük mayın sonunda Suriyanın Latakiyadakı əsas dəniz limanına yanaşan Rusiya bayraqlı "Matros Pozyniç” gəmisinin göyərtəsində olub.

Türkiyə Ukraynadakı müharibənin həllində fəal iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib. İyunun 2-də Türkiyənin "Anadolu” agentliyi xəbər verib ki, Rusiya, Ukrayna, Türkiyə və BMT taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxışını təmin etmək üçün birgə "yol xəritəsi” hazırlayıb.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, xarici işlər naziri Sergey Lavrov gələn həftə "Ukrayna taxılının gündəmin əsas mövzusu olacağı” Türkiyəyə səfər edəcək.

Peskov deyib ki, taxıl tədarükü ilə bağlı problemlər Cümə günü Vladimir Putinlə Afrika İttifaqının sədri, Seneqal prezidenti Makki Sall arasında keçiriləcək görüşdə də əsas mövzulardan biri olacaq.

Müharibədən əvvəl Ukrayna ixracatının 90%-i dərin sulu Qara dəniz limanlarından keçirdi. Rusiya Ukraynanın sahil zolağının böyük hissəsini ələ keçirib və sahilin qalan hissəsinə flotiliya və sualtı qayıqlar yerləşdirib. Bu səbəbdən limanlar indi fəaliyyət göstərə bilmir, gəmilər taxıl daşımır.

Rusiya taxıl ixracına mane olmamaqda israr edir və Ukraynanın sahil zonasını minalardan təmizləyəcəyi təqdirdə problemin həll olunacağını israr edir. Lakin Britaniya kəşfiyyat rəsmilərinin ötən həftə qeyd etdiyi kimi, bu, Rusiya donanmasının davam edən real təhlükəsi səbəbindən mümkün deyil.(BBC)
 
Gülnar 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol