• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda referendumda seçicilərin 53,43 %-i iştirak edib

Qazaxıstanda referendumda seçicilərin 53,43 %-i iştirak edib
05.06.2022 13:37
Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı tələb olunan 50%-lik həddi keçərək, yerli vaxtla saat 14:00 üçün 53,43% təşkil edib. Bu barədə brifinq zamanı ölkənin Mərkəzi Referendum Komissiyasının üzvü Anastasiya Şeqortsova bildirib.

"Ümumilikdə saat 14:00 üçün ölkə üzrə 6 262 973 vətəndaş seçki bülleteni alıb ki, bu da səsvermə siyahılarına daxil olanların 53,43 %-ni təşkil edir. Nəzərinizə çatdırıram ki, qanunvericiliyə əsasən referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş sayılır. Beləliklə, Mərkəzi Referendum Komissiyasının məlumatına görə, seçici fəallığı həddi çatıb", - Anastasiya Şeqortsova qeyd edib.

Ən yüksək seçici fəallığı Qızılorda vilayətində qeydə alınıb. Nur-Sultanda seçicilərin 41,13%-i, Almatıda isə 23,6 %-i seçki məntəqələrinə gəlib ki, bu da respublika üzrə ən aşağı göstəricidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Dünya 21:30
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol